İran əleyhinə qətnamə qəbul ediləcəyi təqdirdə Tehran AEBA ilə əməkdaşlığı azaldacaq

2018/07/AP080923010567-1024x640_1532693655.jpg
Oxunub: 384     00:05     09 İyun 2025    
Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən İran əleyhinə qətnamə qəbul ediləcəyi təqdirdə təşkilatla əməkdaşlığını azalda biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə İran İslam Respublikası Atom Enerjisi Təşkilatının müavini və sözçüsü Behruz Kamalvəndi yerli televiziyaya müsahibəsində bildirib.

“İranın Atom Enerjisi Təşkilatı AEBA-nın Rəhbərlər Şurasında mümkün anti-İran qətnaməsi halında görüləcək əks tədbirlərin siyahısını hazırlayıb. Cavabımızın bir hissəsi texniki, digəri isə Agentliklə əməkdaşlığımızın xarakteri ilə bağlıdır. Əlbəttə, BMT-nin nüvə nəzarəti orqanı belə bir addımdan sonra İranın geniş və səmimi əməkdaşlığının davam edəcəyini gözləməməlidir”, – deyə Kamalvəndi qeyd edib.

O bildirib ki, AEBA-nın baş direktorunun İrana yanaşması siyasi xarakter daşıyır:

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun bizə yanaşması siyasidir. Təbii ki, özü də siyasi təzyiq altında olduğunu etiraf edir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   İran  


Bizi "telegram"da izləyin