Macarıstanın Baş naziri: "Avropa Rusiya ilə strateji saziş imzalamalıdır"

2025/02/1739592982.jpg
Oxunub: 417     23:00     08 İyun 2025    
Avropa uzunmüddətli perspektivdə Rusiya ilə strateji saziş bağlamalıdır.

Ordu.az xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban Fransanın "LCI" telekanalına verdiyi müsahibəsində səsləndirib.

"Avropa gələcəkdə daha güclü olmalıdır. Rusiya ilə strateji saziş məhz güclü Avropa tərəfindən imzalanmalıdır", – deyə Orban bildirib.

Macarıstanın hökumət başçısı hesab edir ki, Avropa İttifaqı Rusiya ilə dialoqu davam etdirməlidir.

Orban Ukraynanın NATO və Aİ-yə üzv olması məsələsinə də toxunub.

Bildirib ki, Ukraynanın iqtisadi vəziyyəti qənaətbəxş olmadığından, bu ölkənin nə NATO-ya, nə də Avropa İttifaqına üzv olması mümkündür.

Onun sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlüyü bu qurum üçün ciddi problemlərə səbəb ola bilər.

Orban eyni zamanda Ukraynanın NATO-ya qoşulmasının qəbuledilməz olduğunu bildirib:

“Əgər Ukrayna NATO-ya üzv olarsa, bu, Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibəyə gətirib çıxaracaq. Geosiyasi reallıq belədir ki, hazırda bu üzvlük mümkün deyil . Rusiya ilə birbaşa qarşıdurma bizim maraqlarımıza uyğun deyil”, – macar siyasətçi vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Avropa   Rusiya  


Bizi "telegram"da izləyin