ABŞ hərbçisi Macarıstanda təlimə hazırlıq zamanı ölüb

2025/06/1749359090.jpg
Oxunub: 411     02:43     08 İyun 2025    
İyunun 5-də Macarıstanda Kroft düşərgəsinin yaxınlığında “Saber Guardian” 25 təliminə hazırlıq zamanı ABŞ-nin 101-ci hava desant diviziyasının hərbçisi qəza nəticəsində ölüb.

Ordu.az xəbər verir ki, bu barədə diviziya komandanlığı məlumat yayıb.

Mərhum 101-ci hava desant diviziyasının 2-ci mobil döyüş briqadasında atıcı kimi xidmət edən çavuş olub.

ABŞ ordusunun məlumatına görə, o, hərbi texnikanın iştirakı ilə baş verən qəza nəticəsində ölümcül xəsarət alıb. Əlavə təfərrüat verilməyib, hadisənin səbəbləri araşdırılır.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Macarıstan  


Bizi "telegram"da izləyin