“HƏMAS” İsrail ordusunu girovla hədələyib

2025/06/1749187655.jpg
Oxunub: 503     18:48     07 İyun 2025    
Fələstinin “HƏMAS hərəkatı Qəzza zolağındakı israilli girovlardan birini İsrail Müdafiə Qüvvələrinin (IDF) onun saxlandığı yerə yaxınlaşdığı zaman öldürməklə hədələyib.

Ordu.az xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı - “İzzəddin əl-Qəssam briqadaları” qrupunun nümayəndəsi Əbu Ubeydə bəyanat yayıb.

“İsrail hərbçiləri girov Matan Zanqaukerin saxlandığı yeri mühasirəyə alıb və biz təsdiq edirik ki, onlar onu sağ-salamat azad edə bilməyəcəklər. Onun ölümünə görə bütün məsuliyyəti İsrail ordusu daşıyacaq”, - o yazıb.

Girovun dəqiq harada saxlandığı barədə məlumat verilmir.

Qeyd edək ki, son üç gündə İsrail ordusu Qəzza zolağında radikallar tərəfindən qaçırılan üç girovun qalıqlarını aşkar edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin