Aİ ABŞ sanksiyaları fonunda BCM-i dəstəkləyir

2025/04/1744046295.jpg
Oxunub: 436     15:25     06 İyun 2025    
Avropa İttifaqı (Aİ) Beynəlxalq Cinayət Məhkəməsini (BCM) güclü şəkildə dəstəkləyir.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antoniu Koşta ABŞ Prezidenti Donald Tramp administrasiyasının BCM-in dörd hakiminə qarşı sanksiya tətbiq etmək qərarını şərh edərkən bildirib.

Koşta BCM-i beynəlxalq ədalətin təməl daşı adlandırıb və bildirib ki, onun müstəqilliyi və bütövlüyü qorunmalıdır.

Xatırladaq ki, dünən Ağ Ev BCM-in İsrailin Baş naziri Binyamin Netanyahunun həbsinə order verməsi və ABŞ əsgərlərinin Əfqanıstanda törətdiyi mümkün müharibə cinayətləri ilə bağlı iş açmaq qərarına cavab olaraq sanksiyalar elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   ABŞ  


Bizi "telegram"da izləyin