KİV: Xan Yunisdə 4 İsrail hərbçisi ölüb

2024/03/3636f-1710996443.jpg
Oxunub: 521     14:37     06 İyun 2025    
Qəzza zolağının cənubundakı Xan Yunisdə minalanmış binanın uçması nəticəsində 4 İsrail hərbçisi ölüb.

Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” mənbələrə istinadən yazır.

Həmçinin 11 hərbçinin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Nəşrin məlumatına görə, yaralı əsgərlərdən birini qaçırmağa cəhd edilib, lakin bu, uğursuz alınıb.

Daha əvvəl İsrail ordusu qüvvələrinin Xan Yunisin cənubundakı ərazilərə doğru irəlilədiyi bildirilirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xan-Yunis   İsrail  


Bizi "telegram"da izləyin