Ordu.az BBC-yə istinadən xəbər verir ki, 5 min tonluq esminesin ilk buraxılış cəhdi zamanı zədələnməsi Kim Çen Inın sərt tənqidinə səbəb olmuşdu.
Bu həftənin əvvəlində həminin təmiri başa çatıb və o, balanslaşdırılıb, cümə axşamı suya salının və indi lövbər buraxaraq sahildə dayanır. Bu ayın sonunda keçiriləcək hakim partiyanın iclasına qədər onun tam bərpa ediləcəyi gözlənilir.
İlk buraxılış cəhdinin uğursuzluğunun şahidi olan Kim Çen In hadisəni ölkənin ləyaqətini və qürurunu ciddi şəkildə sarsıdan cinayət aktı adlandırıb.
Onun sözlərinə görə, bu, mütləq səhlənkarlığın, məsuliyyətsizliyin nəticəsi olub. İnsidentlə bağlı hakim partiyanın Hərbi Sənaye Departamentinin direktor müavini Ri Hyon Son da daxil olmaqla azı 4 məmur həbs edilib.
Uğursuz buraxılışdan bir neçə həftə əvvəl Pxenyan ölkənin o biri hissəsində oxşar döyüş gəmisini nümayiş etdirib. Kim Çen In bu esminesi KXDR donanmasının modernləşdirilməsində irəliləyiş kimi qiymətləndirib və onun gələn ilin əvvəlində istifadəyə veriləcəyini bildirib.
Ordu.az