Barro: Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi iyula qədər təqdim oluna bilər

2025/06/1749192066.jpg
Oxunub: 1957     10:37     06 İyun 2025    
Avropa Komissiyası iyunun sonuna qədər Rusiya əleyhinə yeni sanksiyalar paketini təqdim edə bilər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

O qeyd edib ki, Fransa artıq bu məsələ ilə bağlı öz tövsiyələrini göndərib.

“Bu, yaxın günlərin məsələsidir, çünki dünən biz öz təkliflərimizi Avropa Komissiyasına göndərmişik. Onlar bu təklifləri bu paketə daxil etməlidir. Ümid edirəm ki, iyunun sonuna kimi yeni sanksiya paketi təqdim olunacaq”, - nazir deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya  


Bizi "telegram"da izləyin