Ordu.az xəbər verir ki, bu əlamətdar bəyanatı Ukrayna müdafiə nazirinin müavini Oleksandr Kozenko Sinqapurda keçirilən “Shangri-La” Dialoqu təhlükəsizlik forumunda verib.
Kozenko Ukraynanın hava, quru və dəniz sahələrində istifadə edilən insansız sistemlərdə əsaslı yeniliklər inkişaf etdirdiyini və bu sahədə qlobal miqyasda ciddi bir texnologiya oyunçusuna çevrildiyini vurğulayıb.
“Ukrayna PUA-lardan istifadəyə yanaşmasını tamamilə dəyişib. Bu gün döyüş meydanında vurulan zərərin 80 faizi PUA-ların payına düşür”, - deyə o qeyd edib.
Kozenko bəyan edib ki, yerli istehsal olan PUA-lar xarici analoqlarından xeyli aşağı qiymətə malikdir və sahədə döyüş sınaqlarından uğurla keçib.
Sevinc Əliyeva
Ordu.az