Umerov: "Kiyev Rusiyanın nizamlanmaya dair memorandumunu öyrənmək niyyətindədir"

2023/09/12312-1693996788.jpg
Oxunub: 564     19:27     02 İyun 2025    
Kiyev Rusiyanın nizamlanma memorandumunu öyrənəcək və orada göstərilən müddəalara cavab verəcək.

Ordu.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.

“Rusiyanın sənədinə gəlincə, biz əvvəlcə onunla tanış olmalı və onu dəyərləndirməliyik. Əmin olun, bu sənədə münasibətimizi bölüşəcəyik”, - o deyib.

Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rustem Umerov isə bildirib ki, Rusiyanın memorandumu ilə tanış olmaq üçün Ukrayna nümayəndə heyətinin bir həftə vaxtı olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Umerov   Kiyev   Rusiya  


Bizi "telegram"da izləyin