Ordu.az xəbər verir ki, ertəsi gün gəminin Panoramik Sensor və Kəşfiyyat Modulu (PSIM) uğurla quraşdırılıb.
Bu inkişafla 2022-ci ildən etibarən ümumimilikdə 4 FDI sinfinə məxsus freqat suya buraxılıb.
Üçüncü qardaş gəmi Yunanıstanın ikinci FDI freqatı “HS Nearchos”dan cəmi səkkiz ay sonra suya buraxılıb. “HS Formion” hazırda dokdadır və təchizat prosesi gəmiqayırma zavodunda tam sürətlə davam edir.
Ancaq “Naval Group” komandası üçün proses bununla da bitməyib, cəmi bir gün sonra, mayın 29-da PSIM modulu gəmiyə inteqrasiya olunub.
Sevinc Əliyeva
Ordu.az