Ordu.az xəbər verir ki, şirkət bu barədə müxtəlif yeni imkanları nümayiş etdirdiyi IDET 2025 müdafiə sərgisində bildirib.
2023-cü ilin ortalarından etibarən Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən CAESAR 8×8 silahı 40 mindən çox mərmi atıb.
Çexiya Müdafiə Nazirliyi 62 CAESAR 8×8 sifariş edib, ilk tədarüklərin 2026-cı ildə həyata keçirilməsi planlaşdırılır. İki prototip hazırlanıb və bu yay hərbi sınaqlara hazır olacaq.
İlk avtomobillərin yekun montajına iyunun əvvəlində “Excalibur Army”də başlanması planlaşdırılır. Çexiya sənaye tərəfdaşları ümumi istehsalın 40%-nə töhfə verəcək.
Sevinc Əliyeva
Ordu.az