Ordu.az xəbər verir ki, "Cyber and Electromagnetic Command" adlanacaq yeni struktur həm kiberhücum, həm də müdafiə əməliyyatları həyata keçirəcək.
Komandanlıq, həmçinin ordu ilə əlaqəli bütün sistemləri inteqrasiya edəcək "kill web" adlı yeni rəqəmsal hədəfləmə şəbəkəsi sisteminin quraşdırılmasını da idarə edəcək.
Hili bu yeni strukturun Putin Rusiyası kimi düşmən dövlətlərə qarşı birbaşa kiberhücum əməliyyatları apara biləcəyini açıq şəkildə ifadə edib.
"Klaviatura artıq bir döyüş silahıdır", - deyə britaniyalı nazir qeyd edib.
O, Britaniyanın gündəlik kiberhücumlara məruz qaldığını, bu təhlükəyə qarşı daha sürətli, daha inteqrasiyalı və innovativ müdafiə xətti quracaqlarını bildirib.
Sevinc Əliyeva
Ordu.az