Yeni Zelandiya hökuməti 2025-ci il üçün müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırır

2025/05/1748084862.jpg
Oxunub: 586     17:41     02 İyun 2025    
Yeni Zelandiya hökuməti 2025-ci il üçün müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artıraraq, müdafiə xərclərini 4,2 milyard Yeni Zelandiya dollarına (təxminən 2,4 milyard ABŞ dolları) çatdıracağını elan edib.

Ordu.az xəbər verir ki, müdafiə naziri Cudit Kollinz bu həftə açıqladığı büdcədə artımın əsas müdafiə layihələrini əhatə edən Müdafiə Qabiliyyəti Planı çərçivəsində həyata keçiriləcəyini bildirib.

Büdcənin 2,7 milyard dolları kapital yatırımlarına, 563 milyon dolları isə əməliyyat xərclərinə ayrılıb. Ən önəmli layihə olaraq, Yeni Zelandiya Kral Hərbi Hava Qüvvələrinin yeganə strateji nəqliyyat təyyarəsi olan, 2003-cü ildə ikinci əl olaraq alınan və 2007-ci ildə modernləşdirilən iki ədəd “Boeing 757-2K2” təyyarəsinin yenilənməsi planlaşdırılır.

Digər prioritet layihə isə 2015-ci ildən istifadə edilən 8 ədəd “Seasprite SH-2G(I)” dəniz helikopterinin əvəzlənməsidir. Hal-hazırda onlardan yalnız beşi aktivdir, üçü isə ehtiyat hissələr üçün istifadə olunur.

Kollinz qeyd edib ki, bu platformalar xidmət müddətinin sonuna yaxınlaşıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yeni-Zelandiya   Büdcə  


Bizi "telegram"da izləyin