Almaniya kansleri Çin liderini Ukraynada atəşkəsə dəstək verməyə çağırıb

2024/12/1733732330.jpg
Oxunub: 676     03:13     24 May 2025    
Almaniya kansleri Fridrix Merts Çin Xalq Respublikasının sədri Si Cinpini Ukraynada atəşkəsin əldə olunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat katibi Ştefan Kornelius məlumat verib.

Məlumata görə, mayın 23-də Mers və Si Cinpin arasında telefon danışığı baş tutub.

“Kansler Avropa və ABŞ-ın atəşkəsin tezliklə əldə olunması istiqamətində apardığı birgə səylər barədə məlumat verib və bu təşəbbüslərə dəstək göstərilməsini xahiş edib”, – Kornelius bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Çin   Ukrayna  


Bizi "telegram"da izləyin