Tramp NATO sammitində Avropanı müdafiə xərclərini artırmağa çağıracaq

2025/05/1747803876.jpg
Oxunub: 642     01:21     24 May 2025    
ABŞ Prezidenti Donald Tramp bu il Haaqada keçiriləcək NATO sammitində Avropa müttəfiqlərini müdafiə sahəsinə ayrılan xərcləri artırmağa çağırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib.

“Prezident Trampın bu il Haaqada keçiriləcək sammitdə iştirak etməsi gözlənilir və əsas mövzulardan biri yükün ədalətli bölüşdürülməsi olacaq”, – deyə Uiteker Atlantik Şurasının konfransında çıxışı zamanı bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   NATO   Avropa  


Bizi "telegram"da izləyin