Avropa liderləri Putinlə telefon danışığından sonra Trampa zəng ediblər

2025/05/1747681275.jpg
Oxunub: 489     23:24     19 May 2025    
Fransa da daxil olmaqla bir sıra Avropa ölkəsinin liderləri Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbətindən sonra ABŞ prezidenti Donald Trampla telefonla danışıblar.

Ordu.az-ın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron Versalda "Fransanı seçin" investisiya konfransında çıxışı zamanı deyib.

“Sizi gözlətdiyim üçün üzr istəyirəm, lakin biz bir sıra avropalı həmkarlarımızla birlikdə prezident Putinlə danışıqlardan sonra prezident Trampla telefon danışığı apardıq”, - Makron bildirib.

O, Trampla söhbətin təfərrüatlarını açıqlamayıb.

Trampın özü isə bildirib ki, Putinlə danışdıqdan dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə, Fransa Prezidenti Emmanuel Makrona, İtaliyanın Baş naziri Corciya Meloniyə, Almaniya Kansleri Fridriks Mersə və Finlandiya Prezidenti Aleksandr Stubba məlumat verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp  


Bizi "telegram"da izləyin