Putin: "Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırıq"

2025/05/1747299578.jpg
Oxunub: 487     21:12     19 May 2025    
Rusiya Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırdır, bu memorandumda atəşkəs məsələləri və münaqişənin həlli prinsipləri daxil ola bilər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla telefon danışığından sonra jurnalistlərə deyib.

"Rusiya Ukrayna tərəfinə bir sıra mövqelərin müəyyən edilməsi ilə mümkün gələcək sülh müqaviləsi ilə bağlı memorandum təklif edəcək və onunla işləməyə hazırdır. Buraya, məsələn nizamlanma prinsipləri, mümkün sülh sazişinin vaxtı və s., o cümlədən müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə mümkün atəşkəs daxildir", - Rusiya lideri bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ukrayna  


Bizi "telegram"da izləyin