Rubio: "ABŞ Tramp-Putin görüşünə danışıqlardan sonra qərar verəcək"

2025/05/1747335265.jpg
Oxunub: 621     00:26     16 May 2025    
ABŞ administrasiyası İstanbulda keçirilməsi planlaşdırılan Ukrayna danışıqlarından sonra ABŞ lideri Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq görüşlə bağlı qərar qəbul edəcək.

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə sülh danışıqlarında irəliləyişə nail olmağın yeganə yolu Tramp və Putin arasında birbaşa danışıqlar olacaq.

“Düşünürəm ki, prezident Tramp və prezident Putin bu barədə birbaşa danışmayana qədər biz bir irəliləyiş əldə edə bilməyəcəyik”, - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Tramp   Putin  


Bizi "telegram"da izləyin