Ordu.az xəbər verir ki, bu barədə Burkina-Fasonun xarici işlər naziri Karamoko Jan-Mari Traore məlumat verib.
Nazir bildirib ki, hakimiyyət sənədlə bağlı öz narazılığını və məyusluğunu Avropa İttifaqı tərəfinə çatdırıb.
Onun sözlərinə görə, qətnamədə ölkənin daxili siyasətinə dair əsassız tənqidlər yer alıb.
Traore vurğulayıb ki, Burkina-Faso suveren dövlət kimi fəaliyyət göstərir və daxili təhlükəsizlik, eləcə də idarəetmə məsələlərinə xarici müdaxiləni qəbuledilməz hesab edir.
Nazir əlavə edib ki, Avropa Parlamentinin qətnaməsi Sahel regionu ölkələrinin, o cümlədən Mali və Nigerin terrorizmlə mübarizə sahəsində göstərdiyi səyləri nəzərə almır.
Xatırladaq ki, Avropa Parlamenti daha əvvəl qəbul etdiyi qətnamədə Burkina-Fasoda insan hüquqlarının pozulması, vətəndaş cəmiyyəti fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı narahatlığını ifadə etmiş və hakimiyyətlə demokratik azadlıqlar mövzusunda dialoqa çağırış etmişdi.
Sevinc Əliyeva
Ordu.az