Ordu.az xəbər verir ki, müqavilənin ümumi dəyəri 3,33 milyard dollara yüksəlib.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi açıqlamaya görə, “Raytheon” “Standard Missile-3” (SM-3) proqramı çərçivəsində davamlı mühəndislik və məhsul dəstəyi xidmətləri göstərmək üçün 2,13 milyard dollar dəyərində müqavilə modifikasiyası imzalayıb.
Bu dəyişikliklə müqavilənin ümumi dəyəri əvvəlki 1,19 milyard dollardan 3,33 milyard dollara yüksəlib.
Pentaqonun açıqlamasında deyilir ki, dəyişiklik həm ABŞ qüvvələri, həm də Xarici Hərbi Satış (FMS) tərəfdaşları üçün SM-3-ün müxtəlif variantları üzərində davam edən işi əhatə edir.
“Standard Missile-3” “Aegis” Ballistik Raketdən Müdafiə Sisteminin əsas elementlərindən biri kimi müəyyən edilir. Raket Yer atmosferindən kənarda qısa və orta mənzilli ballistik raket təhlükələrinin qarşısını almaq üçün missiyalarda istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az