ASELSAN-dan türk millətinə mesaj var

2025/05/1747301342.jpg
Oxunub: 576     15:48     15 May 2025    
ASELSAN baş direktoru Ahmet Akyol “Denizkurdu-II/2025” təlimləri çərçivəsində etdiyi çıxışda Türkiyənin müdafiə sənayesi və radioelektron mübarizə sahəsindəki uğurlarına diqqət çəkib.

Ordu.az xəbər verir ki, Akyol Antalya sahillərində keçirilən təlimdə zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) qısa uçuş-enmə zolaqlı gəmilərindən havaya qalxaraq, hədəflərə uğurlu hücum həyata keçirməsinin dünya müharibəsi tarixində bir ilk olduğunu vurğulayıb.

“Əcdadlarımız min il əvvəl Anadoluya gələrkən dənizlə ilk dəfə Antalyada qarşılaşdılar. Bu gün burada, eyni sularda PUA-ların gəmilərdən havaya qalxaraq, ardıcıl atəş açaraq, hədəflərini müvəffəqiyyətlə vurduğu tarixi bir anın şahidi olduq”, - deyə Akyol qeyd edib.

O, ASELSAN olaraq bu uğura töhfə verməkdən qürur duyduqlarını bildirib.

Akyol ASELSAN-ın dünya lideri zərbə PUA-larına uyğun keyfiyyətdə radioelektron sistemlər hazırladığını bildirib.

“Bu zərbə PUA-larımızın üzərində olan bütün radioelektron sistemlər indi tamamilə milliləşdirilib. Biz artıq heç bir sensor və ya silah sistemi üçün xarici mənbələrdən asılı deyilik. Quru, hava və dəniz platformalarımızı 100% milli texnologiyalarla təchiz etmişik”, - deyə ASELSAN baş direktoru əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   PUA  


Bizi "telegram"da izləyin