Ordu.az xəbər verir ki, Almaniya, ABŞ, Böyük Britaniya və Polşadan olan tank ekipajları müxtəlif taktiki tapşırıqları yerinə yetiriblər.
Təlimlər zamanı tank heyətləri manevr və hədəfə atış dəqiqliyi üzrə sınaqdan keçirilib. Yarışlar həm də müxtəlif tank modellərinin effektivliyinin, ekipajların hazırlıq səviyyəsinin və kollektiv fəaliyyətin qiymətləndirilməsinə şərait yaradıb. Təlim çərçivəsində birgə əməliyyatların planlanması və əlaqələndirmə bacarıqları ön plana çıxıb.
Rəsmi mənbələr bildirirlər ki, “Iron Spear” təlimi NATO-nun şərq cinahında müdafiə qabiliyyətinin artırılmasına, tank bölmələrinin çevikliyinin və qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə xidmət edir. Təlimin yekununda ən yüksək nəticə göstərən ekipajlar xüsusi mükafatlarla təltif olunub.
Ekspertlər hesab edirlər ki, bu cür tədbirlər NATO-nun kollektiv müdafiə strategiyasının ayrılmaz hissəsidir və müttəfiq ölkələr arasında hərbi əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Sevinc Əliyeva
Ordu.az