AURA 200-G müxtəlif təhlükəsizlik ehtiyacları üçün ASELSAN tərəfindən dizayn edilib, inkişaf etdirilib, bütün hava şəraitində, gecə və gündüz mini/mikro pilotsuz uçuş aparatlarını, helikopterləri, təyyarələri və baxış sahəsinə daxil olan hədəfləri avtomatik olaraq aşkar edir, izləyir və təsnif edir. AURA, həmçinin ballistik sursatları aşkar etmək və atış/düşmə nöqtələrini hesablamaq qabiliyyətinə malikdir.
AURA müstəqil sahədə istifadə üçün ştativə quraşdırıla, baxış bucağını artırmaq üçün qüllə və ya dirəyə quraşdırıla və ya mobil istifadə üçün avtomobilə quraşdırıla bilən müxtəlif platforma həllərinə malikdir. AURA 200-G Radarı istifadəçi operator konsolu vasitəsilə asanlıqla idarə oluna və ya mövcud komanda-idarəetmə sistemlərinə inteqrasiya oluna bilər.
Texniki Xüsusiyyətlər:
AESA Antena Arxitekturası 3D Hədəfin Aşkarlanması və İzlənməsi
Maksimum Mənzil: > 25 km
Yüksək Dəqiqlik və Ayırdetmə
Adaptiv və Yüksək İzləmə Yeniləmə Tezliyi
Tək Antena 90°, 4 Antena 360° Davamlı Darama və Məlumat Birləşməsi
Çoxlu Hədəf İzləmə və Avtomatik Hədəf Təsnifatlaşdırması
İstifadəçi Müəyyənləşdirilmiş Siqnal/Dost Bölgə Seçimi və Sektor Qaraltma
Uzaqdan İdarəetmə və Rəqəmsal Xəritə Yerləşdirməsi
Elektro-optik və Siqnal Qarışdırıcıları ilə İnteqrasiya
CUAS və CRAM İnteqrasiyası
TCP/IP Ethernet Rabitəsi
MIL-STD-810G və MIL-STD-461F uyğunluğu
ASELSAN-dan “Cenk” Çoxfunksiyalı Radar Sistemləri Dəsti
ASELSAN yeni sistemlərin xüsusiyyətlərini rəsmi internet səhifəsində paylaşıb. Paylaşılan sistemlər arasında dəniz sistemlərinin yerliləşdirilməsi proqramı çərçivəsində inkişaf etdirilən “Cenk” 500-N, “Cenk” 600-N və “Cenk” 700-N sistemləri də yer alıb.
Çoxfunksiyalı Radar Sistemləri Dəsti bərk hal göndərmə/qəbuletmə modulları, qabaqcıl Rəqəmsal Siqnal Emalı arxitekturası, zərbə sıxışdırma xüsusiyyəti, çoxlu hədəf izləmə, radioelektron şüa stabilizasiyası, qısa reaksiya müddəti, qabaqcıl radioelektron qorunma üsulları ilə orijinal həlli ən son texnologiya ilə birləşdirən “GaN” əsaslı 2 oxlu AESA radar sistemidir.
Birdən Çox Funksiyalı Radar Sistemləri Dəstində olan radar sistemləri platformalara ayrıca inteqrasiya oluna bilər, birlikdə olarkən, uzun mənzilli hava rəsminin təfərrüatlı olaraq formalaşdırılmasına və eyni vaxtda bir çox tapşırıqların yerinə yetirilməsinə imkan verir.

Dəyanət Ağalarlı
Ordu.az