Hindistan hava məkanını Pakistan təyyarələri üçün bağlamağı planlaşdırır

2024/04/661ad-1713046179.jpg
Oxunub: 421     08:57     29 Aprel 2025    
Hindistan öz hava məkanını Pakistan təyyarələrinin üzünə bağlamağı və Pakistan gəmilərinin Hindistan limanlarına çıxışını qadağan etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə bu halda Pakistan Cənub-Şərqi Asiyadakı bölgələrə çatmaq üçün Çin və ya Şri-Lankadan keçən təyyarələrin marşrutunu dəyişməli olacaq.

Pakistan Beynəlxalq Hava Yolları Sinqapur və Tailand yanaşı, Kuala-Lumpur və digər Malayziya şəhərləri də daxil olmaqla dünyanın bu hissəsindəki bir neçə istiqamətə daxil olmaq üçün Hindistanın hava məkanından istifadə edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin