Ordu.az xəbər verir ki, hazırda 343 seçki dairəsindən 15-də liberallar, 5-də isə ana müxalifətdə olan “Kanada Mühafizəkarlar Partiyası” qalib gəlir.
Digər partiyalar hələ bir mandat qazana bilməyib.
Qeyd edək ki, bazar ertəsi Kanadada İcmalar Palatasına (parlamentin aşağı palatası) 45-ci seçkilər keçirilir. Mübarizə 343 mandat uğrunda gedir və qalib çoxluq hökuməti yaratmaq üçün 172 mandat almalıdır. Qalib partiyanın lideri ölkənin baş naziri olacaq.
Ordu.az