ABŞ Filippində yeni MADIS HHM sistemini sınaqdan keçirib

2025/04/1745820342.jpg
Oxunub: 494     17:16     29 Aprel 2025    
ABŞ Dəniz Piyadaları Korpusu Filippində keçirilən “Balikatan 25” təlimi zamanı ilk dəfə Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı hazırlanmış yeni nəsil Hava Hücumundan Müdafiə (HHM) sistemi olan “Marine Air Defense Integrated System”i (MADIS) tətbiq edib

Ordu.az xəbər verir ki, “Naval Station Leovigildo Gantioqui” bazasında keçirilən inteqrasiya olunmuş hava və raketdən müdafiə təlimi zamanı təqdim edilən MADIS sistemi ABŞ-nin PUA təhdidlərinə qarşı inkişaf etdirdiyi strategiyaların gəldiyi nöqtəni nümayiş etdirir.

Kiçik, sürətli və aşağı radar izinə sahib PUA-ların artan istifadəsi ABŞ ordusunun mobil HHM platformalarına investisiyalarını sürətləndirib.

MADIS sistemi iki avtomobildən ibarətdir. İlk avtomobil olan “Mk1” “Joint Light Tactical Vehicle” (JLTV) üzərində quraşdırılıb. Üzərində 30 mm-lik M230LF-yə sahib olan “Mk1” aşağı hündürlükdə uçan PUA-ları yüksək dəqiqliklə və öldürücülüklə vura bilir.

Sistemə “FIM-92 Stinger” raketləri də daxildir. Təkmil elektro-optik/infraqırmızı hədəfləmə sistemləri sayəsində hətta əlverişsiz hava şəraitində belə hədəfin aşkarlanması və məhv edilməsinə nail olmaq mümkündür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Filippin   MADIS   HHM  


Bizi "telegram"da izləyin