İranın Şəhid Rəcai limanında partlayış zamanı ölənlərin sayı 40-a çatıb – YENİLƏNİB

2025/04/1745682573.jpg
Oxunub: 1516     19:55     27 Aprel 2025    
İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb.

Ordu.az-ın xəbərinə görə, bunu əyalətin qubernatoru Məhəmməd Aşuri deyib.

Bundan əvvəl İran rəsmiləri və mediası 36 nəfərin öldüyünü və 1241 nəfərin yaralandığını bildirib.

****

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb.

"Report" xəbər verir ki, bunu ILNA-ya müsahibəsində İslami Şura Məclisinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian deyib.

Bundan əvvəl ölü sayı 28 nəfər təşkil edirdi.

****

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “Press TV” agentliyi məlumat yayıb.

Bundan əvvəl ölü sayı 25 nəfər təşkil edirdi.

***

İranda limanda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 1139 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə İran mediası bildirib.

***

İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində yaralananların sayı 1139 nəfərə çatıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə İran hökuməti məlumat yayıb.

Partlayış nəticəsində 18 nəfər ölüb, 6 nəfər itkin düşüb.

***

İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin və yaralıların sayı artıb.

Bu barədə Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə nəticəsində 18 nəfər həlak olub, 800-dən artıq şəxs xəsarət alıb.

Bildirilib ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Artıq şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Partlayış  


Bizi "telegram"da izləyin