KİV: Raket yanacağında istifadə olunan maddə Rəcai limanında partlayışa səbəb olub (YENİLƏNİB)

2025/04/1745729531.jpg
Oxunub: 5874     12:52     27 Aprel 2025    
İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışa səbəb Çindən göndərilən ammonium perklorat (NH4ClO4) kimyəvi maddəsi lub.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press“ özəl təhlükəsizlik firması “Ambrey”ə istinadən məlumat yayıb.

Ammonium perklorat raket yanacağında istifadə olunur

Məlumata görə, ammonium perklorat bərk raket yanacağının istehsalında istifadə edilir və İsrailin oktyabr ayında İrana qarşı həyata keçirdiyi hücumların ardından İranın raket ehtiyatlarını artırmaq məqsədilə ölkəyə gətirilib.

“Ambrey” şirkətinin bildirdiyinə görə, partlayışın baş verməsinə səbəb raket yanacağının düzgün idarə olunmaması olub.

Çindən gələn gəmi mart ayında liman yaxınlığında olub

Gəmi izləmə məlumatları da Çindən gələn kimyəvi maddə daşıyan bir gəminin mart ayında liman yaxınlığında olduğunu təsdiqləyib.

Təhlükəli maddələrin limanda saxlanması sual doğurur

“Associated Press“ qeyd edib ki, 2020-ci ildə Beyrut limanında baş verən fəlakətli partlayışdan sonra belə təhlükəli maddələrin niyə vaxtında limandan çıxarılmadığı sual doğurur.

Qeyd edək ki, İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 25-ə, yaralıların sayı isə 800-ə çatıb.

Partlayışdan sonra başlayan yanğının 80 faizi söndürülüb.

Hörmüzqan vilayətində üç günlük matəm elan olunub

İranın Hörmüzqan vilayətində baş verən faciə ilə bağlı üç günlük matəm elan olunub.

***

İranın Şəhid Rəcai limanında baş verən partlayışa səbəb bərk raket yanacağında istifadə edilən natrium perklorat ola bilər.

Ordu.az-ın məlumatına görə, bu barədə “The New York Times” İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı mənbəyə istinadən xəbər verir.

Mənbə bu maddənin partlamasına nəyin səbəb ola biləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, şənbə günü səhər Fars körfəzi sahilində, Bəndər Abbas şəhəri yaxınlığında yerləşən Şəhid Rəcai limanında güclü partlayış baş verib. Son məlumatlara görə, azı 14 nəfər həlak olub, 750-dən çox insan yaralanıb.

Ölkənin daxili işlər naziri Eskəndər Momeni hadisə yerinə gəlib. Partlayışın səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Partlayış  


Bizi "telegram"da izləyin