Ordu.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in məlumatında deyilir.
“Biz dərin kədər hissi ilə öyrəndik ki, bu gün (26 aprel) İranın Hörmüzqan ostanının Bəndər Abbas şəhərindəki Şəhid Raci limanında baş verən partlayış nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Həlak olanların ailələrinə və İran xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə məlumatda bildirilir.
Ordu.az