Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub

2023/12/1702445206.jpg
Oxunub: 689     01:39     27 Aprel 2025    
İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda bir zabit və bir əsgər olmaqla iki hərbçisini itirib.

Ordu.az xəbər verir ki, bu haqda "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Qəzzanın şərqindəki Şücaiyyə qəsəbəsində baş verən qarşıdurmada taqım komandiri vəzifəsini icra edən kapitan İdo Voloç və sərhəd polisində xidmət edən Neta Kahana adlı əsgər həlak olublar.

Toqquşmalarda həmçinin azı 3 İsrail əsgərinin yaralandığı bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   İsrail  


Bizi "telegram"da izləyin