Tramp ABŞ gəmilərinin Panama və Süveyş kanallarından pulsuz keçməsini tələb edib

2025/04/1745642719.jpg
Oxunub: 2633     02:52     27 Aprel 2025    
ABŞ prezidenti Donald Tramp Amerikanın hərbi və ticarət gəmiləri üçün Panama və Süveyş kanallarından keçidi pulsuz etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Amerikanın həm hərbi, həm də ticarət gəmilərinin Panama və Süveyş kanallarından pulsuz keçməsinə icazə verilməlidir. Amerika Birləşmiş Ştatları olmadan bu kanallar mövcud olmazdı. Mən dövlət katibi Marko Rubiodan bu vəziyyətə dərhal baxmağı xahiş etmişəm” - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Panama   Süveyş  


Bizi "telegram"da izləyin