“Tasnim”: Zənginləşdirilmiş uranın İrandan üçüncü ölkəyə ixracı ABŞ ilə müzakirə olunmayıb

2024/04/1713587197.jpg
Oxunub: 643     23:26     26 Aprel 2025    
Zənginləşdirilmiş uranın İrandan üçüncü ölkələrə ixracı məsələsi Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ-la aparılan danışıqlarda müzakirə olunmayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ tərəfi nə danışıqların üçüncü raundu zamanı, nə də əvvəlki danışıqlar zamanı bu məsələni qaldırmayıb.

Həmçinin ABŞ İranın nüvə enerjisinin dinc məqsədlər üçün inkişafı proqramı çərçivəsində uranın zənginləşdirilməsi prosesini sıfıra endirməkdə israrlı olmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Uran   ABŞ  


Bizi "telegram"da izləyin