Husilər Təl-Əviv və Aşkelon şəhərlərində hərbi hədəfləri vurub

2025/04/1745684631.jpg
Oxunub: 586     20:22     26 Aprel 2025    
Yəmənin “Ənsar Allah” hərəkatının silahlıları İsrailin Aşkelon və Təl-Əviv şəhərlərindəki hədəflərə pilotsuz təyyarələrlə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya məlumat verib.

"Silahlı qüvvələrimiz PUA-lardan istifadə etməklə iki hərbi əməliyyat həyata keçirib. Birinci əməliyyat zamanı işğal altındakı Yaffa bölgəsində (Təl-Əviv) İsrailin mühüm obyekti hücuma məruz qalıb. İkinci əməliyyatda isə işğal altında olan Aşkelon bölgəsində İsrailin mühüm obyekti hədəf alınıb", - o, “al Masirah” telekanalında bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   İsrail  


Bizi "telegram"da izləyin