Qazaxıstan super kompüterin yaradılmasına 50 milyon dollar yatırım edəcək

2025/02/1740032889.jpg
Oxunub: 536     18:01     26 Aprel 2025    
Qazaxıstan yaxın aylarda özünün yeni super kompüterinin yaradılmasına 40-50 milyon ABŞ dolları yatırım edəcək.

Ordu.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin müavini Kanış Tuleuşin söyləyib.

Onun sözlərinə görə, üç ay ərzində ölkəyə “Nvidia” şirkətinin 64 klaster super kompüterləri gətiriləcək. “Çiplərin ilk partiyası artıq çatdırılıb. Gələcəkdə yeni “Nvidia H200” çiplərinin alınması planlaşdırılıb”, - deyə o söyləyib.

Super kompüter təhlükəsizliyin bütün tələblərinə cavab verən yeni Məlumatların Emalı Mərkəzinin bazasında quraşdırılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Super-kompüter  


Bizi "telegram"da izləyin