Rusiya cəbhə xəttində yeni kamikadze PUA-larını sınaqdan keçirir

2025/04/1745658357.jpg
Oxunub: 511     20:46     27 Aprel 2025    
Rusiya cəbhə xətti yaxınlığında yeni tip Pilotsuz Uçuş Aparatlarını (PUA) sınaqdan keçirir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Müstəqil mənbələrin əldə etdiyi məlumata görə, Rusiya ordusu cəbhə xəttində “Molniya” və “Molniya-2” PUA-larının kamikadze versiyalarını sınaqdan keçirməyə başlayıb.

Hesabatlara görə, Rusiya ordusu son zamanlar bu tip PUA-lardan daha çox sərhəd və cəbhə xəttinə yaxın ərazilərdə istifadə etməyə başlayıb.

“Molniya” PUA-ları əsas materiallardan hazırlanmış gövdəyə malikdir, gövdə uzunluğu təxminən 1,3-1,5 metr, çəkisi isə 10 kiloqrama qədərdir. Uçuş mənzili 30-35 km-dir.

Bu PUA-lar modernləşdirilərək, yeni variant olan “Molniya-2” kamikadze PUA-sına çevrilib.

Bildirilir ki, yeni versiya iki mühərrikə, daha aerodinamik korpusa malikdir və onun uçuş mənzili 40-50 kilometrə qədər artırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin