Çinin altıncı nəsil J-36 təyyarəsi bu sistemlə aviadaşıyıcı gəmiyə enəcək

2025/04/1745484824.jpg
Oxunub: 621     21:53     27 Aprel 2025    
Çin altıncı nəsil döyüş təyyarələrinin uçuşlarını və sınaqlarını davam etdirir.

Ordu.az xəbər verir ki, bundan əlavə, Çinin altıncı nəsil stels tipli təyyarəsi J-36 üçün aviadaşıyıcı gəmiyə eniş sistemi hazırladığı açıqlanıb.

Çin mühəndisləri altıncı nəsil stels tipli döyüş təyyarəsi J-36-nın aviadaşıyıcı gəmilərə təhlükəsiz enişini təmin etmək üçün inqilabi idarəetmə sistemi hazırlayıblar.

J-36-nın dizaynerləri tərəfindən Çinin ən nüfuzlu aviasiya jurnallarından biri olan “Acta Aeronautica et Astronautica Sinica”da dərc edilən araşdırmaya görə, Çenqduda hazırlanmış sistem xüsusi olaraq uçan qanad dizaynının gətirdiyi aerodinamik çətinlikləri aradan qaldırmaq üçün hazırlanıb.

Ənənəvi quyruq hissələri olmayan uçan qanad quruluşu aşağı radar izi və yüksək manevr imkanı təqdim edir, lakin xüsusilə aviadaşıyıcı gəmilərə enərkən böyük risklər yaradır. Horizontal stabilizatorların olmaması təyyarənin burnunu yuxarı və ya aşağı idarə etməyi çətinləşdirir.

Bundan əlavə, idarəetmə səthlərinin qarşılıqlı təsiri səbəbindən təyyarə qeyri-sabit ola bilər. Buna gəminin arxasındakı turbulent hava axınlarını da əlavə etdikə, eniş prosesi pilotlar üçün son dərəcə təhlükəli və çətin hala gəlir.

Bu çətinliklərin öhdəsindən gəlmək üçün Çenqdu Aeronavtika Layihə və Tədqiqat İnstitutu və Nankin Aeronavtika və Astronavtika Universiteti birgə “birbaşa qüvvəyə nəzarət” (Direct Force Control – DFC) adlı innovativ sistem hazırlayıblar.

Bu sistem təyyarənin mövqeyini pozmadan qaldırma gücünü dəqiq şəkildə tənzimləyə bilir. İdarəetmə səthlərinin hərəkətlərini real vaxt rejimində hesablayan sistem klassik aerodinamik məlumat bazalarından asılı olmadan işləyir. Əvəzində qabaqcıl riyazi modellərdən və xüsusən də “Jacobi” matrislərindən istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   J-36  


Bizi "telegram"da izləyin