Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Britaniyanın müdafiə naziri Con Hili deyib ki, Ukraynadan çıxarılan dərslər daxili tədarük zəncirinə ehtiyac olduğunu göstərir.
Məlumata görə, Britaniya ABŞ və Fransadan idxaldan daha çox asılı qalmamaq üçün silah istehsalını əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.
Britaniya və Avropa müdafiə şirkətləri ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatları etibarsız hərbi tərəfdaşa çevirməsi ilə bağlı narahatlıqlar fonunda ABŞ istehsalı silah və avadanlıq almaqdan uzaqlaşır.
Britaniyanın müdafiə şirkəti “BAE Systems” Müdafiə Nazirliyinin tələblərini və ixrac tələblərini qarşılamaq üçün Britaniyada kifayət qədər miqdarda partlayıcı və hərəkətverici qaz istehsal etmək üçün yeni üsullar hazırlayır.
Britaniyanın müdafiə naziri qeyd edib ki, müdafiə sənayesi onların döyüş meydanında döyüşmək və qalib gəlmək qabiliyyətinin əsasını təşkil edir.
“Yerli artilleriya istehsalının gücləndirilməsi Ukraynanın dərslərini öyrənmək, sənaye dayanıqlılığımızı artırmaq və müdafiəni böyümənin mühərrikinə çevirmək üçün mühüm addımdır”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az