İsveç Kiyevə 2 ədəd “Saab 340 AEW&C” təyyarəsi tədarük etməyi öhdəsinə götürüb

2025/04/1745309995.jpg
Oxunub: 755     17:49     26 Aprel 2025    
İsveç Kiyevə 2 ədəd “Saab 340 AEW&C” təyyarəsi tədarük etməyi öhdəsinə götürüb.

Ordu.az UNİAN xəbər agentliyinə istinadən xəbər verir ki, Ukrayna İsveçin vəd etdiyi 2 uzun mənzilli radar aşkarlayan təyyarədən (AWACS) birincisini alıb.

Bildirilib ki, ACS-890 uçan radarı Lvov vilayətində ilk sınaq uçuşunu həyata keçirib.

Sabit radara malik iki mühərrikli pərli “Saab 340 AEW” Havadan Erkən Xəbərdarlıq təyyarəsi təxminən 120 dərəcə sektorda və 300-400 km məsafədə hava və yerüstü hədəfləri aşkar edə bilir.

Müdafiə ixracı olaraq, İsveç Hərbi Hava Qüvvələri Tailanda 2 ədəd “Saab 340 AEW&C” təyyarəsi satıb və daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri tərəfindən idarə olunan bir cüt təyyarə də bu yaxınlarda Polşaya satılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Kiyev   Saab-340-AEW&C  


Bizi "telegram"da izləyin