MKE Avropada da yeni şirkətlər və tərəfdaşlıqlar quraraq, yeni sıçrayışlara imza atmağa hazırlaşır

2025/04/2025--1745225634.jpg
Oxunub: 524     18:52     27 Aprel 2025    
İxracını 3 ildə 16 dəfə artıran “Makine ve Kimya Endüstrisi” (MKE) Kırıkkale və Samsunda qurduğu obyektlərlə yanaşı, Avropada da yeni şirkətlər və tərəfdaşlıqlar quraraq, yeni sıçrayışlara imza atmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

MKE baş direktoru İlhami Keleş MKE-nin 818 milyon dollarlıq investisiya büdcəsi ilə müdafiə sektorunda birinci olduğunu və bütün sektorlar arasında Türkiyəyə 3-cü ən böyük sərmayə qoyduqlarını deyib.

Kırıkkaledə şəhər ölçüsündə bir istehsal müəssisəsi qurduqlarını açıqlayan Keleş 2021-ci ildən 2024-cü ilə qədər ixracatını 16 qat artırdıqlarını bildirib.

“İxracımızı indi 40 milyon dollardan 639 milyon dollara yüksəltdik”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Avropa  


Bizi "telegram"da izləyin