KİV: Tramp Dövlət Departamentinin Afrikadakı fəaliyyətini azaltmaq üçün fərman imzalaya bilər

2025/01/1737778567.jpg
Oxunub: 548     18:19     20 Aprel 2025    
ABŞ Prezidenti Donald Tramp gələn həftə Dövlət Departamentinin və ABŞ-nin Afrikadakı səfirliklərinin fəaliyyətinin azaldılması ilə bağlı sərəncam imzalaya bilər.

Ordu.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlumata əsasən, sərəncam Dövlət Departamentinin yenidən qurulmasını, o cümlədən Afrika qitəsinin bir çox ölkələrində ABŞ səfirliklərinin bağlanmasını nəzərdə tutur.

Bildirilib ki, sərəncamda həmçinin iqlim dəyişikliyi, miqrasiya və insan hüquqları ilə məşğul olan büronun ləğvi ilə bağlı məlumatlar da yer alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Afrika  


Bizi "telegram"da izləyin