Ordu.az xəbər verir ki, Duda bu fikrini Fransa Prezidenti Emmanuel Makronun son aylarda irəli sürdüyü təşəbbüsə istinadən bildirib.
Makron Avropa İttifaqı daxilində Fransanın nüvə arsenalını digər müttəfiqlərin müdafiəsinə açıq tutmağa hazır olduğunu bəyan etmişdi. Qeyd edək ki, Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra Fransa İttifaq daxilində yeganə nüvə dövləti statusunu daşıyır.
Duda bu mövzuda həm ABŞ-nin, həm də Fransanın rolunu vacib sayır və qeyd edir ki, bu iki təhlükəsizlik modeli biri-birinə zidd deyil, əksinə tamamlayıcı ola bilər. Onun fikrincə, ABŞ gələcəkdə Avropanın təhlükəsizliyinə dair rolunu azalda bilər və bu halda Fransa ilə strateji dialoqun qurulması daha da aktuallaşacaq.
Polşa artıq ABŞ-nin “nüvə paylaşımı” proqramında iştirak edir. Ölkənin hava qüvvələrinə məxsus F-16 və gələcəkdə istismara veriləcək F-35A qırıcıları bu çərçivədə ABŞ-nin taktiki nüvə silahlarını daşımaq imkanına malik olacaq. Lakin Varşava hazırda Avropa kontekstində Fransa ilə daha yaxın nüvə əməkdaşlığı imkanlarını da nəzərdən keçirir.
Hərbi ekspertlər bildirirlər ki, Polşa ordusunun son illər sürətlə genişlənməsi – həm şəxsi heyət, həm də texniki imkanlar baxımından – onu regionun aparıcı müdafiə gücünə çevirib. Varşava yaxın illərdə 200 minlik şəxsi heyətə malik ordunu 500 minə çatdırmağı planlaşdırır.
Duda vurğulayıb ki, Avropanın təhlükəsizliyi artıq yalnız ABŞ-nin məsuliyyətində deyil və Fransa kimi ölkələrin nüvə imkanları ümumi müdafiə mexanizminin ayrılmaz hissəsi olmalıdır.
Sevinc Əliyeva
Ordu.az