ABŞ-nin hücumları nəticəsində Yəməndə 100-dən çox dinc sakinin həlak olub

2024/09/66e6c-1726403009.jpg
Oxunub: 553     00:16     10 Aprel 2025    
Martın 15-dən bəri ABŞ-nin "Ənsar Allah" üsyançı hərəkatının nəzarətində olan Yəmən ərazisinə endirdiyi zərbələr nəticəsində azı 107 dinc sakin həlak olub.

Ordu.az-ın məlumatına görə, bu barədə üsyançıların yaratdığı hökumətin Səhiyyə Nazirliyi bildirib.

"ABŞ-ın Yəmənə qarşı təcavüzü nəticəsində martın 15-dən aprelin 9-dək azı 107 dinc sakin həlak olub, eyni müddət ərzində 223 mülki şəxs yaralanıb", - deyə qeyd olunub.

Nazirlik onu da bildirib ki, ABŞ-nin aprelin 8-də axşam saatlarında Yəmənin Hodeydə şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 6 qadın və 4 uşaq olmaqla 12 nəfərə çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yəmən  


Bizi "telegram"da izləyin