Ordu.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp “X” sosial şəbəkəsində yazıb.
"Mənim xahişimlə bu gün səhər İsrail səfiri Qəzza sektorunda narahatlıq doğuran hadisələr, o cümlədən humanitar konvoya hücumla bağlı izahat vermək üçün çağırılıb. Niderland İsrailin təhlükəsizliyi, bütün girovların qaytarılması və fələstinlilərin ciddi humanitar ehtiyaclarının təmin edilməsinin tərəfdarıdır", - o bildirib.
Bir sıra KİV-in məlumatına görə, sözügedən hadisə aprelin 2-də baş verib. İsrail ordusu Fələstin anklavında “World Central Kitchen” humanitar təşkilatının maşınına zərbə endirib. Nəticədə yeddi nəfər, o cümlədən bir neçə xarici vətəndaş həlak olub.
Ordu.az