ASELSAN yönləndirilmiş enerji silahları sahəsində mühüm addımlar atmağa davam edir

2025/04/1744190176.jpg
Oxunub: 624     19:38     09 Aprel 2025    
ASELSAN yeni nəsil texnologiyalarından biri olan yönləndirilmiş enerji silahları sahəsində mühüm addımlar atmağa davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Gökberk” Mobil Lazer Silah Sistemi bu günün görkəmli asimmetrik mobil hava təhdidlərini effektiv şəkildə məhv edə bilir.

“Gökberk” mini/mikro Pilotsuz Uçuş Aparatı (PUA) və əldəqayırma partlayıcı qurğu kimi təhdidlərin “hard kill-soft kill” olaraq məhvini təmin edən yaxın sahə hava hücumundan müdafiə silah sistemi olaraq seçilir.

Kvadrokopter tipli və sabit qanadlı kamikadze PUA-larına qarşı effektivliyini daha əvvəl sübut edən “Gökberk” bu yaxınlarda döyüş meydanında mövcud asimmetrik təhlükələrdən biri olan FPV tipli PUA-lara qarşı sınaqdan keçirilib.

Aparılan sınaq işlərində müxtəlif ssenarilərdə FPV təhdidlərinin aşkarlanması, avtomatik izlənilməsi və məhv edilməsi “Gökberk” sistemi ilə uğurla həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Gökberk  


Bizi "telegram"da izləyin