Ordu.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O bildirib ki, ölkədə əmin-amanlığa təhlükə yaradan proses başlayıb: “Xalqımızın qardaşlığına qarşı təxribat törədildi. Polislərimizə hücum edildi. Mənəvi dəyərlərimiz tapdalanıb. Ədalət məhkəmə zalında olur, küçədə deyil”.
Nazir qeyd edib ki, heç bir təbliğat həqiqətin qarşısını ala bilməz: “Türkiyə köklü demokratiyaya malik dövlətdir. Bizim demokratiya anlayışımız xalqın iradəsinə əsaslanır. Silahsız və hücumsuz bütün aksiyalara razıyıq. Bəs o daşlar, baltalar nədir?”.
Ordu.az