Rusiya Silahlı Qüvvələri Ukraynaya məxsus “MiQ-29” təyyarəsini vurub

2024/11/1731556896.jpg
Oxunub: 476     16:06     27 Mart 2025    
Rusiyanın hava hücumundan müdafiə vasitələri Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) “MiQ-29” təyyarəsini vurub.

Ordu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, iki ədəd JDAM idarə olunan aviasiya bombası, HIMARS reaktiv yaylım atəş sisteminin mərmisi və 137 pilotsuz uçuş aparatının (PUA) sıradan çıxarıldığı bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MiQ-29   Rusiya  


Bizi "telegram"da izləyin