Ordu.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqının (Aİ) icra orqanı olan Avropa Komissiyası üzv ölkələrin blok daxilində birgə müdafiə alışlarına daha çox xərcləmələrini təklif edir.
Bu addım 2030-cu ilə qədər Rusiyaya qarşı güclü hərbi maneə yaratmaq planının bir hissəsidir.
Martın 19-da dərc edilən müdafiə bülleteninə görə, Avropa müdafiə sənayesinə iki və ya daha çox üzv dövlət və ya Norveç, İsveçrə və Ukrayna kimi tərəfdaş ölkələrlə müdafiə alışları üçün 150 milyard avro (163 milyard dollar) dəyərində Aİ tərəfindən dəstəklənən kreditlər veriləcək.
23 səhifəlik bülleten hava hücumundan müdafiə, hərbi mobillik, pilotsuz uçuş aparatları və strateji imkanlar kimi kritik investisiya sahələrini müəyyənləşdirərək, müdafiə xərclərinin artırılmasını tələb edir.
Bülleten bütün Avropada müdafiə avadanlığı üçün ümumi bazarın yaradılmasını təklif edir. Bura Aİ daxilində müdafiə təyinatlı məmulatların tədarükü və təhvil verilməsi qaydalarının sadələşdirilməsi, sertifikat və icazələrin qarşılıqlı tanınması daxildir.
Sevinc Əliyeva
Ordu.az