RSF Sudanda hökumətyönlü qüvvələrə məxsus “Su-24M” bombardmançı təyyarəsini vurub

2025/03/1743063644.jpg
Oxunub: 609     16:19     27 Mart 2025    
Çevik Dəstək Qüvvələri (RSF) Sudanda hökumətyönlü qüvvələrə məxsus “Su-24M” bombardmançı təyyarəsini vurub.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hücum paytaxt Xartumun şimalındakı “Vadi Seydna” aviabazasında həyata keçirilib. RSF hücumun görüntülərini sosial media hesablarında paylaşıb.

Təyyarə park ərazisində olan “Su-24M” naməlum Pilotsuz Uçuş Aparatı (PUA) tərəfindən buraxılan idarə olunan bomba ilə vurulub.

PUA üç dəfə hücuma keçərək, bombardmançı təyyarəni tamamilə məhv edib. Sudan hökuməti hücumla bağlı rəsmi açıqlama verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: RSF   Sudan  


Bizi "telegram"da izləyin