Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ-nin müdafiə naziri Pit Heqsetin məsələ ilə bağlı verdiyi açıqlamada Yaxın Şərqə yerləşdiriləcək ikinci ABŞ Aviadaşıyıcı Gəmi Missiya Qrupu ilə Birləşmiş Ştatların bölgədəki hərbi varlığını artırmağı hədəflədikləri paylaşılıb.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi “Associated Press”ə bildirib ki, Yəməndə husilərə qarşı hücumlarını gücləndirdiyi üçün Birləşmiş Ştatlar gələn ay bölgədə iki aviadaşıyıcı gəmi olmasını planlaşdırır.
Məlumata görə, Heqset hazırda Sakit okeanda yerləşən “USS Carl Vinson” aviadaşıyıcı gəmisinə Yaxın Şərqə yola düşməyi əmr edib.
Heqset hazırda Qırmızı dənizdə yerləşən “USS Harry S. Truman” aviadaşıyıcı gəmisinin ən azı daha bir ay Yaxın Şərqdə saxlanması barədə əmri imzalayıb.
Sevinc Əliyeva
Ordu.az